Aftandil Hacıyev Ruslan Qurbanovu cəzalandırıb: "Onun istəyilə deyil..."

Aftandil Hacıyev Ruslan Qurbanovu cəzalandırıb: "Onun istəyilə deyil..."
ÖLKƏ FUTBOLU 9 Dekabr 2018 / 20:42 2672
-  A +

“Çox maraqlı oyun alındı. Bu gün gördük ki, bütün komandalar avrokuboklara düşmək üçün layiqli mübarizə aparır. Belə getsə, çempion son turda bəlli olacaq”. 

Qol.az-ın  məlumatına görə, bu sözləri “Səbail”in baş məşqçisi Aftandil Hacıyev Topaz Premyer Liqanın 14-cü turunda “Qəbələ” ilə evdə keçirilən oyundan (0:0) sonra mətbuat konfransnda deyib.

Gənc çalışdırıcı komandasının  oyunundan razı qaldığını bildirib: “Qarşıda iki kubok matçımız var. Bu görüşlərdə də maksimum nəticə qazanmağa çalışacağıq”.

A.Hacıyev komandanın aparıcı futbolçularından olan Ruslan Qurbanovu əvəzedici heyətə göndərdiyini və bunun səbəbini açıqlayıb: “Hər oyundan bir gün qabaq toplaşırıq. Ruslan Qurbanov bazanı icazəsiz tərk etdiyi üçün cəzalanıb və əvəzedici heyətə göndərmişik. Onun istəyi ilə deyil, lazım gəlsə əvəzedici heyətdə oynayacaq. Həm də indi zədəsi var. Qurbanovun qış fasiləsində komandanı tərk edib-etməyəcəyi barədə heç nə deyə bilmərəm. Edqar Paçekodan başqa qarşılıqlı razılaşma əsasında başqa futbolçuların da göndərilməsi mümkündür".

Daha çox


Son xəbərlər