"Tamadalıq etmək istəmirəm" - Samir Abasov

"Tamadalıq etmək istəmirəm" -  Samir Abasov
ÖLKƏ FUTBOLU 9 Dekabr 2018 / 19:57 3500
-  A +

“Deyiləsi bir şey yoxdur. Oyunun taleyi ilk hissədə həll olundu. Matça pis başlamadıq, amma səhvlər etdik. Hər şey əlimizdən çıxdı. “Qarabağ”a qarşı bu cür səhvlər olursa, bağışlanmır. Bu, bizə dərs olsun. İndi danışmaq çox çətindir. Yaxşı ki, bu məğlubiyyət ilin son oyununda oldu. İki kubok oyunumuz qalıb. Analiz etmək üçün vaxtımız olacaq. Çalışacağıq ki, nələrisə dəyişək”. 

Qol.az-ın məlumatına görə, bu sözləri "Zirə"nin baş məşqçisi Samir Abasov Topaz  Premyer Liqanın 14-cü turunda evdə “Qarabağ”a 0:6 hesabı ilə məğlub olduqları oyundan sonra mətbuat konfransında deyib.

- Komandanı tərk edəcək futbolçular müəyyənləşibmi?

- Kimisə çıxarmaq fikrində deyilik. Həyətdə bəzi futbolçuların əvəzedcisinin olmadığını gördük. Buna iki kubok matçında sonra adınlıq gələcək. 

- Səhv eləmirəmsə, baş məşqçi karyeranızda ən böyük hesablı məğlubiyyətinizdir...

- Ola bilər. Futbolçuları etdikləri səhvlərə görə qınamaq lazımdır. Amma burada hər şeyi üzərimdən atıb, tamadalıq da etmək istəmirəm. Futbolçu matça çıxanda sanki öz dünyasındadır. Səhvlər edir və bu da qollara gətirib çıxarır. Bilmirəm, oyunçular qarşılaşma vaxtı nə fikirləşirlər.

- Görüş başa çatandanda sonra əsəbi görünürdünüz. Qurban Qurbanovun da əlini sıxmadınız...

- Əsəbiləşmişdim. Qurbanov gərək üzrlü hesab etsin. Onu qələbəyə görə təbrik edirəm. Futbolçularla sabah danışacağıq. 3-4 nəfərlə ayrı söhbətimiz olacaq.

Daha çox


Son xəbərlər
15.04.24  14:58

"Ana, biz çempionuq!"