"Göndəriləcək futbolçuları müəyyənləşdirmişik" - Elşad Əhmədov

"Göndəriləcək futbolçuları müəyyənləşdirmişik" -  Elşad Əhmədov
ÖLKƏ FUTBOLU 9 Dekabr 2018 / 19:00 2227
-  A +

"İlk yarıda çox zəif oynadıq. Müdafiədən çıxa bilmirdik. Boşluqları ikinci hissədə düzəltməyə çalışsaq da, yenə qol buraxdıq. Bundan sonra vuruşaraq, fərqi azaltdıq. Amma hesabı bərabərləşdirməyə gücümüz çatmadı".

Qol.az xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Elşad Əhmədov Topaz Premyer Liqanın 14-cü turunda evdə "Keşlə"yə 1:2 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında deyib.

O, komandanın qol "silah"ı Marko Deviçin zədələnməsinin oyuna ciddi təsir etdiyini vurğulayıb: "Marko oynayanda Cavid İmamverdiyevi arxaya çəkirdik.  Deviçin yoxluğunda gənclərə ümid edirik. Tural Qürbətovu buraxırıq, amma imkanlardan yararlana bilmir. İlk yarıda qol vura bilsəydik, fasilədən sonra fərqli futbol oynayardıq.


E.Əhmədov komandadan göndəriləcək futbolçuları müəyyənləşdirdiyini və yeni oyunçuların alınacağını bildirib: "Özümüzdə gedəcək futbolçuları müəyyənləşdirmişik. Lakin onların yerinə oyunçu tapmadığımızdan hələ adlarını demirəm. Mövsümün əvvəlində "Sabah"a gəlmək istəməyən futbolçular var idi. Məcburiyyətdən bu heyəti qurmuşduq. Əlbəttə, qış fasiləsində komandamıza gələn oyunçular da olacaq".

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı