"Bəxtimiz gətirib ki, bizim Messimiz var" - Valverde

"Bəxtimiz gətirib ki, bizim Messimiz var" - Valverde
XƏBƏR 9 Dekabr 2018 / 11:19 3185
-  A +

“Barselona”nın baş məşqçisi Ernesto Valverde komandanın kapitanı Lionel Messinin İspaniya La Liqasının 15-ci turunun “Espanyol”la oyunundakı çıxışını dəyərləndirib.

Qol.az-ın “Football Espana” nəşrinə istinadən yaydığı xəbərə görə, təcrübəli mütəxəssis Kataloniya derbisində 2 qol vurub, 1 məhsuldar ötürmə edən argentinalı hücumçuya tərif yağdırıb. Valverde Messi kimi futbolçuya sahib olduqları üçün özlərini şanslı hesab etdiklərini bildirib:

“Hədsiz dərəcədə bəxtimiz gətirib ki, bizim Messimiz var və onun oyununda zövq alırıq. O, əvəzolunmaz futbolçudur. Leonu təsvir etmək üçün söz tapa bilmirəm. Yaxşı ki, o, bizimlədir və cərimə zərbələrindən qollar vurmağa davam edir”.

Qeyd edək ki, “Barselona”nın 4:0 hesabı ilə qalib gəldiyi matçda dubl edən Messi hər iki qolu cərimə zərbəsindən vurub.

Son xəbərlər
16.04.24  12:58

Avro-2024-ü buraxacaq