"Arsenal"dan çətin qələbə - "Qarabağ"la oyunöncəsi

"Arsenal"dan çətin qələbə - "Qarabağ"la oyunöncəsi
DÜNYA FUTBOLU 8 Dekabr 2018 / 22:12 2714
-  A +

İngiltərə Premyer Liqasında 16-cı turun oyunları keçirilir.

Qol.az-ın məlumatına görə, "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən "Arsenal" evdə "Haddersfild"i qəbul edib. London klubu çətinliklə də olsa, rəqibini məğlub edə bilib. Lukas Torreyranın 83-cü dəqiqədə vurduğu qol komandasına minimal hesablı qələbə qazandırıb.

Qeyd edək ki, xallarının sayını 34-ə çatdıran "Arsenal" 3-cü pilləyə yüksəlib. "Topçular" növbəti oyununu dekabrın 13-də Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda doğma meydanda "Qarabağ"a qarşı keçirəcək. Görüş Bakı vaxtı ilə 00:00-da başlayacaq.


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı