"Arsenal" Holdinqi itirdi

"Arsenal" Holdinqi itirdi
DÜNYA FUTBOLU 7 Dekabr 2018 / 17:14 2228
-  A +

Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Arsenal"ın zədəli futbolçusu Rob Holdinqin durumuna aydınlıq gəlib.

Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, tibbi müəyinədən keçən 22 yaşlı müdafiəçinin sol dizinin ön xaçabənzər bağlarının qopduğu müəyyənləşib.

Həkimlər onun 6-9 ay müddətinə yaşıl meydanlardan uzaq qalacağını açıqlayıb. Bu isə Holdinq üçün mövsümün bitməsi deməkdir.

Qeyd edək ki, Holdinq İngiltərə Premyer Liqasının 15-ci turunda "Mançester Yunayted"lə qarşılaşmanın ilk hissəsində zədələnmişdi.


Son xəbərlər
16.04.24  12:58

Avro-2024-ü buraxacaq