Fellaini "Arsenal"lı futbolçunun saçını yoldu - Video

Fellaini "Arsenal"lı futbolçunun saçını yoldu -  Video
VİDEO 6 Dekabr 2018 / 18:27 2535
-  A +

“Mançester Yunayted”in yarımmüdafiəçisi Maruan Fellaini İngiltərə premyer Liqasının 15-ci turunun “Arsenal”la oyununda gözlənilməz hərəkəti ilə diqqət mərkəzinə düşüb.

Qol.az-ın “goal.com”a istinadən yaydığı məlumata görə, belçikalı futbolçu onu ötməyə çalışan "topçular"ın oyunçusu Mateo Qenduzinin saçından tutaraq, yerə yıxıb. 19 yaşlı Mateo Fellainiyə sarı vərəqə göstərməsi üçün hakimə etiraz etsə də, bu, referinin qərarını dəyişməyib. O, yalnız şifahi xəbərdarlıqla kifayətlənib.

Qeyd edək ki, “Mançester Yunayted”- “Arsenal” oyunu 2:2 hesabı ilə başa çatıb.



Son xəbərlər
16.04.24  12:58

Avro-2024-ü buraxacaq