"Heç vaxt bu qədər çox qol vurmamışdım" - "Neftçi"nin müdafiəçisi

"Heç vaxt bu qədər çox qol vurmamışdım" - "Neftçi"nin müdafiəçisi
MÜSAHİBƏ 5 Dekabr 2018 / 18:45 4242
-  A +

"Neftçi"nin müdafiəçisi Anton Krivotsyuk klubun rəsmi saytına müsahibə verib. Qol.az-ın məlumatına görə, "Sumqayıt”la oyuna hazırlıqla bağlı danışan gənc futbolçuYeni ili ailəsi ilə birlikdə keçirmək istədiyini bildirib.

- "Sumqayıt”la oyuna hazırlıq necə keçir?

- Digər oyunlara olduğu kimi, "Sumqayıt”la matça da hazırlıq tam sürətlə davam edir.

- Artıq qış çempionusunuz...

- Bəli. Amma qış çempionu olmaq daha çox o baxımdan əhəmiyyətlidir ki, mənə və komanda yoldaşlarıma təzyiq azalır.

- Bu mövsüm artıq iki dəfə rəqib qapılarından top keçirmisiniz...

- Bəli. Heç vaxt bu qədər çox qol vurmamışdım... (gülür)

- Hiss edirsiniz ki, oyununuzu daha da yaxşılaşdırmısınız?

- Hələ ki, hiss etmirəm. Deməli, az çalışmışam. Daha da çox işləmək lazımdır.

- Növbəti rəqib "Sumqayıt” haqda nə deyə bilərsiniz?

- Bu komanda hələ nəyə qadir olduğunu göstərməyib. "Sumqayıt” oyundan-oyuna daha da inamlı çıxış edir.

- Yeni ili harada keçirmək istəyirsiniz?

- "Sumqayıt”la oyunu başa vuraq, sonra bu haqda düşünmək olar. Yeni il ərəfəsində həmişə bayram əhval-ruhiyyəsində oluram. Bayramı harada qeyd edəcəyimi hələ bilmirəm. Amma bir şey dəqiqdir ki, Yeni ili ailəmlə birlikdə keçirmək istəyirəm.

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı