"Milliyə yeni oyunçular lazımdır" – Mircavadov

"Milliyə yeni oyunçular lazımdır" – Mircavadov
MÜSAHİBƏ 3 Dekabr 2018 / 17:25 4303
-  A +

Azərbaycanın əməkdar məşqçisi Ağasəlim Mircavadov Qol.az-a müsahibə verib. O, millimizin AÇ-2020-nin seçmə mərhələsindəki rəqiblərini dəyərləndirib.

- Millimiz AÇ-2020-nin seçmə mərhələsində Xorvatiya, Uels, Slovakiya və Macarıstanla E qrupunda mübarizə aparacaq. Rəqiblər barədə nə deyə bilərsiniz?

- Hər birini normal qiymətləndirirəm. Hamısı ilə oynamışıq, onların futbolunu bilirik. Ciddi hazırlaşmaq lazımdır. Millətlər Liqası artıq başa çatıb. Hər tərəfli analiz etmək lazımdır. Çünki vaxt azdır. Martın 21-də ilk oyunumuzu keçirəcəyik. Hər şeyi ətraflı analiz etdikdən sonra məşqçilər korpusu kimin hazır olub-olmadığını müəyyənləşdirməlidir.

- Aydın məsələdir ki, qrupun əsas favoriti son dünya çempionatının finalçısı Xorvatiya seçməsidir. Sizcə, 2-ci yerə əsas namizəd kimdir?

- Yerdə qalan hamısı. Futbolda güclü və zəif rəqib olur. Hər oyuna yaxşı hazırlaşmaq və rəqiblər haqda ətraflı məlumat toplamaq lazımdır. Uels, Slovakiya və Macarıstan eyni gücdə olan yığmalardır. Sürətli futbol oynayırlar. Xırdalamaq istəmirəm, hər bir rəqibin güclü və zəif yerlərini bilməliyik. Sonra isə öz oyunumuzu qurmaq lazımdır.

- Millətlər Liqasındakı nəticəni nəzərə alsaq, seçmə mərhələdə millidən nə gözləmək olar?

- Əvvəlcə öz oyun üslubunu formalaşdırmalı, sonra isə yer uğrunda mübarizə aparmalısan. Ona görə deyirəm ki, ətraflı analiz lazımdır. Çünki Premyer Liqada cəmi 8 komanda var, futbolçu da azdır. Mütləq yeni oyunçular tapmaq lazımdır.

- Bəs, dediyiniz yeni futbolçular varmı?

- Bunu millinin məşqçilər korpusu yaxşı bilməlidir. Çempionatı onlar izləyirlər. Çox da geniş seçim imkanımız yoxdur. Yığmanın futbolçuları klublarında lider olmalıdırlar. Hərənin öz prinsipi, qayda-qanunu var.

- Qrupda ilk oyunumuz səfərdə Xorvatiya ilə olacaq. Seçmə mərhələyə bu cür güclü komandayla start vermək millinin sonrakı çıxışına necə təsir edə bilər?

- Əvvəl-axır Xorvatiya ilə oynayacağıq. İlk oyun kimə qarşıdırsa, həmin rəqibi ətraflı analiz etməliyik. Hər yığmanın öz üslubu var. Hansı rəqibdən nə cür xal götürmək mümkündürsə, o cür də mübarizə aparmaq lazımdır.

Elnur SALAHOV

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın