"Neftçi" və "Sumqayıt"dan qələbə

"Neftçi" və "Sumqayıt"dan qələbə
PREMYER LİQA 1 Dekabr 2018 / 20:58 11900
-  A +

Bu gün Topaz Premyer Liqasında 13-cü tura start verilib.

Qol.az-ın məlumatına görə, ilk oyun günündə 2 qarşılaşma keçirilib.

Çempionatın debütantı "Sabah” öz meydanında lider “Neftçi”ni qəbul edib. Elşad Əhmədovun komandası üç matçlıq qələbə həsrətinə son qoymağa çalışıb. Lakin meydan sahibləri rəqibin azlıqda qalmasına baxmayaraq, say üstünlüyündən yararlana bilməyib. "Neftçi" 2:1 hesaı ilə qalib gələrək liderliyini möhkəmləndirib.

Mövsümdə ilk dəfə ev oyununu Sumqayıtda keçirəcək şəhərin eyni adlı komandası isə “Səbail”i qəbul edib. Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, tura "Qəbələ” – “Zirə” (2 dekabr) və "Qarabağ” – “Keşlə” (3 dekabr) oyunları ilə yekun vurulacaq.

Topaz Premyer Liqası
13-cü  tur

1 dekabr (şənbə )


19:00. “Sumqayıt” – “Səbail” - 1:0
Qol:
Atilla Yıldırım, 60
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Akif Əmirəli, Rauf Allahverdiyev
“Kapital Bank Arena"

16:30. "Sabah" – "Neftçi" - 1:2
Qol:
Anton Krivotsyuk, 21 (0:1), Mirabdulla Abbasov, 39 (0:2), Marko Deviç, 76 (1:2)
Qırmızı vərəqələr: Tural Axundov, 33 ("Neftçi"), Vanderson, 70 (“Sabah”), Baqali Dabo, 83 ("Neftçi")
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Cavanşir yusifov, Ramil Əhmədov
“Əlincə Arena"
 

2 dekabr (bazar)

17:00. “Qəbələ” – “Zirə”
Hakimlər: Vüqar Həsənli, Namiq Hüseynov, Cəmil Quliyev, Rövşən Rəcəbov
Qəbələ şəhər stadionu

3 dekabr (bazar ertəsi)

19:00. “Qarabağ” – “Keşlə”
Hakimlər: Alik Yunusov, Mübariz Haşımov, Rahil Ramazanov, Ramiz Məhərrəmov
Tofiq Bəhramov adına Respublika stadionu


N

Klublar

O

Q

H

M

T/F

X

1

Neftçi

13

10

2

1

26-10

32

2

Qarabağ

12

7

3

2

21-13

24

3

Səbail

13

6

2

5

16-14

20

4

Sabah

13

5

2

6

11-18

17

5

Qəbələ

12

4

3

5

17-18

15

6

Sumqayıt

13

4

2

7

13-20

14

7

Keşlə

12

2

3

7

13-17

9

8

Zirə

12

2

3

7

12-19

9



Bombardirlər

Baqali Dabo ("Neftçi") - 7 qol
Mirabdulla Abbasov ("Neftçi") - 6 qol
Ceyms Adeniyi ("Qəbələ") - 6 qol
Marko Deviç ("Sabah") -6 qol
İnnosent Emeqara ("Qarabağ") - 5 qol


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord