Uzunmüddətli zədədən sonra sonra məşqlərə başlayan “Neftçi”nin kapitanı Ruslan Abışov klubun rəsmi saytına müsahibə verib. Qol.az-ın məlumatına görə, azarkeşlərdən böyük dəstək gördüyünü bildirən müdafiəçi təəssüratlarını bölüşüb.
- Nəhayət ki, uzun müddətdən sonra məşqlərə başladın...
- Bəli. Klub həkimlərimiz üç həftə fərdi məşq etməyi tapşırıblar. Onların verdiyi plan üzrə çalışıram. Günü-gündən özümü daha da yaxşı hiss edirəm.
- Bu müddət ərzində iki dəfə Almaniyada oldun. Həmin ölkəyə yenə səfər edəcəksən?
- Almaniyaya ilk gedişim əməliyyatla bağlı idi. İkinci səfərim isə bərpa üçün nəzərdə tutulmuşdu. Artıq Almaniyaya getməyimə ehtiyac yoxdur. Fürsətdən istifadə edib, müalicəmi ən yüksək səviyyədə təşkil etdiyi üçün klub rəhbərliyinə və əziyyətimi çəkən həkimlərimizə təşəkkürümü bildirirəm.
- Bərpa prosesi ilk plana uyğun davam edir, yoxsa daha tez gedir?
- Almaniyadakı həkimlərin dediyinə görə proses sürətlə gedir. Amma mən tələsmək istəmirəm. Yanvardakı təlim-məşq toplanışında var gücümlə məşq etməyi düşünürəm.
- Bərpa müddəti ərzində ən çətin nə olur?
- Futbolsuz qalmaq. Bunu sözlə ifadə etmək çox çətindir. Amma nə yaxşı ki, artıq çətin günlər arxada qalıb. İndi yalnız meydana çıxacağım günləri sayıram.
- Yəqin ki, azarkeşlərdən də dəstək alırsan?
- Karyeram boyu heç vaxt bu qədər dəstək görməmişəm. Həqiqətən də azarkeşlərin yazdığı hər bir mesaj, göstərdiyi hər bir diqqət sağalma prosesini daha da sürətləndirir. Bu zaman kəsiyində mənə təsəlli verib, dəstək olan azarkeşlərin hər birinə minnətdaram.
Klopp üzr istədi
Yurgen Kloppu Arne Slot əvəzləyə bilər
"Ola bilər ki, həvəssizlik olsun" - Qurban Qurbanov
"Qarabağ" - "Neftçi" oyunundakı 5 qol - Video
Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
"Qəbələ"də 300-cü oyun
"Təəssüf ki, vəziyyətimiz çox üzücüdür" - Kaxaber Sxadadze
"Zirə"ni finala yüksəldən qələbə - Video
"Qarabağ" - "Neftçi": Heyətlər
Jiru ABŞ klubu ilə müqavilə imzaladı
“Qarabağ”ın direktorundan Zubirlə bağlı xəbərlərə münasibət
Region Liqasının final oyununun yeri və saatı bilindi
Haaland növbəti oyunu buraxacaq
"Çelsi" tarixinin antirekordu
“Qəbələ” - “Zirə”: Heyətlər
Şirkətlər Liqasında növbəti tur başa çatdı
Zubir Liqa 1 klubunun hədəfində
Kapitan 15 il sonra komandadan ayrılır
Bəlkə, "Bayer 04" adını dəyişib "Bayer 90+" qoysun...