“İstənilən rəqibi məğlub edə bilərik” – Millimizə 3 qol vuran futbolçu

“İstənilən rəqibi məğlub edə bilərik” –  Millimizə 3 qol vuran futbolçu
XƏBƏR 21 Noyabr 2018 / 12:59 1980
-  A +

“Bu gün əsl komanda kimi döyüşdük. Uğurumuzun sirri də bundadır. Möhtəşəm oyun keçirdik”.

Qol.az-ın məlumatına görə, bu sözləri Kosovo yığmasının futbolçusu  Arber Zeneli UEFA Millətlər Liqasının qrup mərhələsinin sonuncu turunda millimizi məğlub etdikləri oyundan(4:0) sonra yerli mətbuata açıqlamasında deyib.

Het-trik edən 23 yaşlı yarımmüdafiəçi istənilən rəqibi məğlub edə biləcəklərini söyləyib:
“Mənim Albaniya yığmasında oynamaq ehtimalım da var idi. Ancaq atama Kosovo millisinin uğurları üçün çalışacağıma söz verdim .Özüm də daxil olmaqla, komanda yoldaşlarıma və bu zəfərdə yanımızda olan azarkeşlərimizə təşəkkür edirəm. Biz birlikdə əla nəticə əldə etdik. İndi növbəti çətin sınaqlardan keçməli olacağıq. Azərbaycan üzərindəki qələbə ilə göstərdik ki, istənilən rəqibi məğlub edə bilərik”.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord