"Bu gün komandamızın gücü tam bilindi" - Qurban Qurbanov

"Bu gün komandamızın gücü tam bilindi" - Qurban Qurbanov
ÖLKƏ FUTBOLU 21 Noyabr 2018 / 02:11 9245
-  A +

UEFA Millətlər Liqasının qrup mərhələsinin son turunda səfərdə Kosovoya 0:4 hesabı ilə məğlub olan yığma komandamızın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransı keçirib. Qol.az xəbər verir ki, 46 yaşlı mütəxəssis əvvəlcə oyun haqda fikirlərini bölüşüb.
 
- Rəqibi təbrik edirəm. Layiqli qələbə qazandılar. Kosovonun gücünü bilirdik. Bu gün məğlubiyyət də gözləyirdim. Əfsuslar olsun ki, erkən qol futbolçulara böyük zərbə oldu. İlk yarıda qapımıza cəmi bir zərbə vurdular, o da qolla nəticələndi. Fasilədən sonra da eyni ssenari təkrarlandı. Futbolçuların üstünə çox getməyək. Bu gün komandamızın gücü tam bilindi. Kosovo millisinin oyunçularının fərdi ustalığı göz oxşayırdı. Onlara uğurlar arzulayıram.
 
- Məğlubiyyəti yorğunluqla əlaqələndirirsiniz, yoxsa psixoloji problemlə?

- Bunların heç birini misal gətirmək istəməzdim. Rəqib həqiqətən güclüdür. Həm, psixoloji cəhətdən, həm ustalıq səviyyəsi baxımından bizdən üstün idilər. Qalib gəlmək lazım idi. Fərqli istəklə çıxmışdıq. Ancaq erkən qol planlarımızı pozdu. Yorğunluq da olur, psixoloji təzyiq də. Ancaq ilk növbədə rəqibin ustalıq səviyyəsini göstərərdim.
 
- Qeyd etdiniz ki, buraxılan qol planları pozdu. Ancaq qələbə arxasınca gəldiyinizi bildirdiniz. Komandanın “B” planı yox idi ki, qol buraxılsa, necə oynayacaqsınız? Axı, fasilədən sonra da futbolçular oyunda dönüş yarada bilmədilər.

- Sadəcə, 3 oyunçu dəyişmək imkanımız var idi. Qollar elə vuruldu ki, bu barədə düşünməyə imkanımız da olmadı. Qeyd etdiyim kimi, rəqib bizdən üstün idi və hər hansı dəyişiklik fayda verməyəcəkdi.
 
- Millətlər Liqası bitdi. Bizi, millimizi nə gözləyir? Qeyd etdiniz ki, millimizin potensialı budur. Millətlər Liqasında belə oynadıqsa, seçmə mərhələdə nə edə bilərik?

- Bunu deyə bilmərik. Dəfələrlə demişəm ki, həm çempionatımızın səviyyəsini, həm də oyunçularımızın potensialını yaxşılaşdırmalıyıq. Məncə, bu suala müəyyən zamandan sonra cavab vermək olar.

Daha çox


Son xəbərlər