Hakim ağladı, Van Deyk qucaqlayıb, təsəlli verdi - Şəkil

Hakim ağladı, Van Deyk qucaqlayıb, təsəlli verdi -  Şəkil
DÜNYA FUTBOLU 20 Noyabr 2018 / 16:33 7269
-  A +

UEFA Millətlər Liqasının 6-cı turunda keçirilən  Almaniya – Hollandiya oyunundan  (2:2) sonra qəribə hadisə baş verib.

Qol.az-ın xəbərinə görə, hollandların 2-ci qolunu vuran Vircil Van Deyk matçın final fitindən sonra baş hakim Ovidiu Hateqanın yanına gedərək, onu qucaqlayıb.

“Liverpul”un müdafiəçisi oyundan sonra jurnalistlərə  müsahibəsində bu addımının səbəbini açıqlayıb: “Bir müddət əvvəl anasının öldüyünü demişdi. Oyundan sonra kövrəldi və ağlamağa başladı. Onun yanına gedərək, matçı yaxşı idarə etdiyini deyib, təsəlli etdim. Ümid edirəm ki, az da olsa, ona köməyim dəydi”.

Xatırladaq ki, bu heç-heçə ilə Hollandiya millisi növbəti mərhələyə yüksəlib.




Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi