“Beşiktaş”da ciddi itki – derbidə olmayacaq

“Beşiktaş”da ciddi itki –  derbidə olmayacaq
DÜNYA FUTBOLU 20 Noyabr 2018 / 15:46 2429
-  A +

“Beşiktaş”ın futbolçusu Rayan Babel 3 həftə yaşıl meydanlardan uzaq qalacaq.

Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, Hollandiya yığmasının üzvü UEFA Millətlər Liqasının A qrupunun “Almaniya” ilə oyununda (2:2) zədələnib. Tibbi müayinədən sonra onun 3 həftə komandasına kömək edə bilməyəcəyi məlum olub.

Qeyd edək ki, Babel dekabrın 2-də Türkiyə Superliqasının 14-cü turunda evdə “Qalatasaray”la derbi matçında oynaya bilməyəcək.


Son xəbərlər