Çeferindən Superliqa açıqlaması: "Bu, kimlərinsə uydurmasıdır"

Çeferindən Superliqa açıqlaması:  "Bu, kimlərinsə uydurmasıdır"
DÜNYA FUTBOLU 20 Noyabr 2018 / 15:10 2436
-  A +

UEFA böyük beşlik çempionatlarının aparıcı klublarının istəyi ilə Superliqa yaradılacağı haqda yayılan xəbərlərə rəsmi münasibət bildirib.

Qol.az-ın "BBC"yə istinadən yaydığı xəbərə görə, qurumun prezidenti Aleksandr Çeferin bunun mümkünsüz olduğunu söyləyib. O, bəzi yeniliklər olacağını bildirsə də, Superliqanın yaradılmasının gündəmdə olmadığını vurğulayıb:

"Superliqa olmayacaq. Bu, bir növ kimlərinsə uydurması və arzusudur. Bizim bəzi ideyalarımız var. Amma belə bir liqanın yaradılması müzakirə mövzusu belə deyil. Hər bir klubun əvvəlki qaydada istənilən avrokubok yarışında iştirak etmək imkanı var".

"Yuventus"un prezidenti, eyni zamanda Avropa klublar Assosiasiyasının rəhbəri Andrea Anyelli də bu xəbərləri təkzib edib: "Onu deyə bilərəm ki, heç vaxt bu məsələ müzakirə olunmayıb. Bizim UEFA ilə oyunların daha da inkişaf etdirilməsi baxımından yaxşı əlaqəmiz var".

Qeyd edək ki, bir müddətdir Avropanın aparıcı klublarının öz aralarında Superliqa yaradılması üçün UEFA-ya təzyiq etmələri ilə bağlı xəbərlər dolaşır.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord