"Dembele daha ciddi olmalıdır" - Suares

"Dembele daha ciddi olmalıdır" -  Suares
DÜNYA FUTBOLU 20 Noyabr 2018 / 13:48 1982
-  A +

“Barselona”nın futbolçusu Luis Suares komanda yoldaşı Usman Dembele haqda danışıb.

Qol.az-ın məlumatına görə, bu barədə Fransa ilə yoldaşlıq oyunundan əvvəl keçirilən mətbuat konfransında danışan uruqvaylı hücumçu Demebelenin bəzi məqamlarda daha ciddi olmağının vacib olduğunu deyib:

“Komanda yoldaşları ilə münasibətləri yaxşıdır. Onu həmişə xoşbəxt görürük. Məncə, Dembele futbola indikindən çox köklənməli və bəzi məqamlarda daha ciddi olmalıdır. “Barselona”da örnək ala biləcəyi bir çox futbolçu var. O da aramızda olub, kuboklar qazanmağı layiqdir”.

Son xəbərlər