Əliyar Ağayevin idarə etdiyi oyunda bir sarı vərəqə

Əliyar Ağayevin idarə etdiyi oyunda bir sarı vərəqə
XƏBƏR 20 Noyabr 2018 / 09:45 2573
-  A +

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev UEFA Millətlər Liqasının 6-cıturunun Danimarka - İrlandiya oyununu idarə edib.

Qol.az-ın məlumatına görə, matç qolsuz bərabəliklə başa çatıb.Ə.Ağayev 90 dəqiqə ərzində cəmi bir sarı vərəqə göstərib. O, 85-ci dəqiqədə qonaq komandanın futbolçusu Sayrus Kristini cəzalandırıb.

Qeyd edək ki, Ə.Ağayevə Zeynal Zeynalov və Rza Məmmədov kömək ediblər. Dördüncü hakim funksiyasını Mübariz Haşımov yerinə yetirib. Əlavə köməkçi hakimlər isə Rəhim Həsənov və Orxan Məmmədov olub.


Son xəbərlər