"Gələcəkdə baş məşqçilərin yerində robotlar əyləşəcək" - Venger

"Gələcəkdə baş məşqçilərin yerində robotlar əyləşəcək" -  Venger
DÜNYA FUTBOLU 19 Noyabr 2018 / 17:22 1983
-  A +

“Yaxın gələcəkdə hansı oyunçunun əvəzetmədən meydana çıxacağını sosial şəbəkələrdə azarkeşlər arasında keçirilən sorğu ilə müəyyənləşdirəcəklər”.

Qol.az-ın xəbərinə görə, bu sözləri “beIN Sports”a “Arsenal”ın sabiq baş məşqçisi Arsen Venger deyib. 

O, futbolda müasir texnalogiyaların tədbiq edilməsinin əleyhinə olduğunu bildirib: “Futbol bu yöndə irəliləyir. Köhnə fikirli insan olduğum üçün bu cür şeylərlə barışmaq mənim üçün çətindir. Amma hamı sosial şəbəkələrin müasir dünyadakı vacibliyini yaxşı anlayır. Gələcəkdə baş məşqçilərin yerində robotların əyləşməsi də mümküdür".

Qeyd edək ki, A.Venger 1996-2018-ci illərdə London klubunu çalışdırıb.

Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki