“Qalatasaray” iki metrlik hücumçu alır

“Qalatasaray” iki metrlik hücumçu alır
DÜNYA FUTBOLU 19 Noyabr 2018 / 16:17 5202
-  A +

Hücumçu axtarışını davam etdirən “Qalatasaray” “Monako”dan ayrılan Lasina Traoreni transfer edir.

Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, İstanbul təmsilçisi son mövsüm icarə əsasında Fransanın “Amiens” klubunda çıxış edən 28 yaşlı hücumçu ilə danışıqlar aparır.

Tərəflər razılığa gələrsə, hazırda klubsuz olan Fil Dişi Sahili millisinin sabiq üzvü üçün transfer məbləği ödənməyəcək.

Qeyd edək ki, L.Traore bu mövsüm Fransa klubunda ümumilikdə 18 oyun keçirib və 3 qol ötürməsi verib.



Son xəbərlər