“Qarabağ”ın iki əfsanəvi kapitanı bir arada – Şəkillər

“Qarabağ”ın iki əfsanəvi kapitanı bir arada – Şəkillər
ÖLKƏ FUTBOLU 19 Noyabr 2018 / 13:05 4913
-  A +

Qol.az saytının 10 illiyi münasibəti ilə keçirilən tədbirdə maraqlı an yaşanıb.

Tədbirə dəvət olunanlar sırasında “Qarabağ” komandasının keçmiş və indiki kapitanları – hazırda “Sabah” klubunda məşqçi işləyən Səttar Əliyev və Rəşad Sadıqov da olublar. Bir-biriləri ilə səmimi görüşən Ağdam klubunun bu əfsanəvi iki kapitanı məclis boyu yanaşı oturublar və xeyli söhbət ediblər.

Onların məclisdə Qol.az saytı barəsindəki çıxışı da  ardıcıllıqla olub. Əvvəlcə veteran Sattar Əliyev, daha sonra isə hazırda da karyerasını davam etdirən Rəşad Sadıqov ürək sözlərini söyləyiblər. S.Əliyev  Qol.az saytının əməkdaşlarına “Qarabağ”ın Ağdamdakı “İmarət” stadionundan reportaj hazırlamağı arzulayıb. Rəşad Sadıqov isə bu arzulara qoşulalaraq saytımıza təbriklərini çatdırıb.

Qeyd edək ki, S.Əliyev düz 20 il – 1984 və 2004-cü illərdə “Qarabağ”da çıxış edib və komandanın ən ağır vaxtlarında doğma “Qarabağ”ına sadiq qalaraq klubda qalıb. R.Sadıqov isə 2009-cu ildən indiyədək (2010-11 mövsümü “Əskişəhərspor”da çıxışı istisna olmaqla) “Qarabağ”da oynayır. O, Ağdam klubunun yerli çempionatda və Avropa kuboklarındakı uğurlarında böyük xidmətlər göstərib.










Səhifənin yuxarısına keçidYuxarı

Daha çox


Son xəbərlər