“Gecə 3-də həyat yoldaşımı oyadıb, “Barselona”nın təklifindən danışırdım” - Qrizmann

“Gecə 3-də həyat yoldaşımı oyadıb, “Barselona”nın təklifindən  danışırdım” - <b style="color:red"> Qrizmann</b>
DÜNYA FUTBOLU 19 Noyabr 2018 / 11:44 3913
-  A +

Mövsümün əvvəlində “Barselon”nın təklifini rədd edən “Atletiko”nun futbolçusu Antuan Qrizmann bu haqda fikirlərini açıqlayıb.

Qol.az-ın məlumatına görə, İspaniyanın “Canal Sport” televiziyasına danışan 27 yaşlı hücumçu bu qərarı verməyin çətin olduğunu söyləyib:

“Barselona”nın təklifini rədd etmək çox çətin idi. Bir tərəfdə “Barselona” var idi, məni istəyirdi, mesajlar atırdı, zəng edirdi, digər tərəfdə isə formasını geyindiyim, önəmli rola sahib olduğum “Atletiko”. Messinin kölgəsində qalmaq ehtimalı da qərarımda rol oynadı. Komanda yoldaşlarım, klubum qalmağım üçün hər şeyi etdi. Mənimlə danışdılar, maaşımı artırdılar. Çox qarışıq vaxtlar idi. Əsas da həyat yoldaşım üçün. Onu gecə 3-də oyadıb, bu barədə danışırdım”.

Qeyd edək ki, A. Qrizmann bu mövsüm Madrid klubunun heyətində 17 oyunda 6 qol vurub, 4 məhsuldar ötürmə edib.
 

Daha çox


Son xəbərlər
13.12.18  17:40

Müller üzr istədi