Renat "sarı" aldı, komandası qalib gəldi

Renat "sarı" aldı, komandası qalib gəldi
XƏBƏR 19 Noyabr 2018 / 00:09 1788
-  A +

Portuqaliya Sequndasında 10-cu tura start verilib.

Qol.az-ın məlumatına görə, 21 yaşadək futbolçulardan ibarət yığmamızın üzvü Renat Dadaşovun formasını geyindiyi "Eştoril" səfərdə "Akademika Viseu"nun qonağı olub və 2:1 hesablı qələbə qazanıb.

Qarşılaşmaya ehtiyat oyunçular skamyasında başlayan Dadaşov 73-cü dəqiqədə meydana daxil olub. O, 90-cı dəqiqədə isə sarı vərəqə ilə cəzalandırılıb.

Qeyd edək ki, bu qələbədən sonra xallarının sayını 20-yə çatdıran "Eştoril" 3-cü pilləyə yüksəlib.


Son xəbərlər