Mədəniyyət Nazirliyi Qol.az saytını təbrik edib

Mədəniyyət Nazirliyi Qol.az saytını təbrik edib
XƏBƏR 18 Noyabr 2018 / 16:14 1481
-  A +

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi 10 illik yubileyi münasibətilə Qol.az saytını təbrik edib.

Mədəniyyət Nazirliyi İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətovun adından ünvanlanan təbrikdə bildirilib ki,  2008-ci ilin noyabrın 17-də yaranan sayt  qısa zamanda Azərbaycanın idman mətbuatında böyük populyarlıq qazanıb və hazırda Azərbaycanın ən çox oxunan idman portalıdır. Gün ərzində on minlərlə oxucu idman, xüsusilə futbol xəbərləri əldə etmək üçün məhz bu sayta girir.

Nazirlik rəsmisi təbrik mesajında "5 Media" şirkətinin media layihələrindən “Axşam.az” və “Qol.az” saytlarının fəaliyyətinə müvəffəqiyyətlər arzu edib, uğurlu əməkdaşlığın davamlı olacağına ümid etdiyini bildirib.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı