"Nəyə qadir olduğumuzu məhz Azərbaycanla oyunda görəcəyik" - Şalland

"Nəyə qadir olduğumuzu məhz Azərbaycanla oyunda görəcəyik" -<b style="color:red"> Şalland</b>
XƏBƏR 18 Noyabr 2018 / 15:50 3369
-  A +

"Komandamın oyun ərzində mübarizə əzmi məni sevindirdi. Rəqib ikinci hissənin ortalarınadək bizə problem yaşatdı. Lakin ikinci qoldan sonra hər şey asanlaşdı. 5 qol vurduğumuz üçün şadam. Çünki əvvəlki oyunlarda qol sarıdan əziyyət çəkirdik".

Qol.az xəbər verir ki, bu sözləri Kosovo yığmasının baş məşqçisi Bernar Şalland UEFA Millətlər Liqasının 5-ci turunda səfərdə Maltaya 5:0 hesabı ilə qalib gəldikləri oyundan sonrakı mətbuat konfransında deyib. Böyükhesablı qələbəni şərh edən mütəxəssis millimiz 2 gün sonra Priştinada keçirəcəkləri görüşə də toxunub:

“Püşkatmadan sonra təqvimi və oyunların qrafikini gördükdə Azərbaycanla qarşılaşmanın final matçı olacağını demişdim. İndi də bu fikirdəyəm. Belə bir anın yetişməsinə sevinirəm. Əslində nəyə qadir olduğumuzu məhz Azərbaycanla oyunda görəcəyik”.

Qeyd edək ki, noyabrın 20-də keçiriləcək Kosovo – Azərbaycan oyunu Bakı vaxtı ilə 23:45-də başlayacaq.

 

Daha çox


Son xəbərlər
18.12.18  18:27

Zidandan rədd cavabı

18.12.18  01:57

"Latsio" uduzdu