"Qəbul edirəm ki, Azərbaycan millisi daha güclü idi" - Lars Olsen

"Qəbul edirəm ki, Azərbaycan millisi daha güclü idi" - <b style="color:red"> Lars Olsen</b>
ÖLKƏ FUTBOLU 17 Noyabr 2018 / 23:20 4059
-  A +

“Azərbaycan millisini təbrik edirəm. “Qəbul edirəm ki, rəqib daha güclü idi”.

Qol.az-ı məlumatına görə, bu sözləri  Farer adaları yığmasının baş məşqçisi Lars Olsen Millətlər Liqasının 5-ci turunda Bakıda millimizə uduzduqları oyundan sonra mətbuat konfransında deyib.

O, 0:2 hesabllı məğlubiyyəti şərh edərkən kobud səhvlər nəticəsində uduzduqlarını bildirib: “Oyunu iki hissəyə bölmək olar. İlk yarıda yaxşı müdafiə olunduq, rəqib ciddi təhlükələr yaratmadı. Sadəcə, buraxılan kobud səhvlər qollar buraxmağımıza səbəb oldu. İkinci hissədə daha yaxşı oynasaq da, rəqib layiqli qələbə qazandı”.

Olsen son turda keçirilən Kosovo – Azərbaycan oyununda komandaların şanslarını dəyərlənidirib: “Maraqlı qarşılaşma olacaq. Evdə oynayacağını nəzərə alsaq, Kosovo güclü çıxış edəcək. Sizə uğurlar arzulayıram. Amma Kosovonu öz meydanında məğlub etmək çox çətindir”.
 

Daha çox


Son xəbərlər
18.12.18  18:27

Zidandan rədd cavabı

18.12.18  01:57

"Latsio" uduzdu