Millimizin rəqiblərinin oyununda 3 qol

Millimizin rəqiblərinin oyununda 3 qol
XƏBƏR 17 Noyabr 2018 / 16:23 2191
-  A +

19 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin 1-ci qrupunda 2-ci tura start verilib.

Qol.az-ın məlumatına görə, ilk turda millimizi 4:1 hesabı ilə məğlub edən İsrail seçməsi 2-ci görüşünü də qələbə ilə başa vurub. Sözügedən komanda Lixtenşteyn üzərində 2:1 hesablı qalibiyyət əldə edib.

Bu nəticədən sonra xallarını 6-ya yüksəldən İsrail hazırda qrupda ilk pillədədir. Gürcüstan 3 xalla 2-cidir. Xalı olmayan millimiz isə 3-cü yerdə qərarlaşıb.

Qeyd edək ki, günün ikinci matçında Gürcüstan və Azərbaycan milliləri qarşılaşacaqlar. Oyun Bakı vaxtı ilə 17:00-da başlayacaq.
 

Daha çox


Son xəbərlər
13.12.18  17:40

Müller üzr istədi