"Artıq risk etmək olmaz" - Elxan Məmmədov

"Artıq risk etmək olmaz" - Elxan Məmmədov
ÖLKƏ FUTBOLU 17 Noyabr 2018 / 13:10 3357
-  A +

"Biz bu yola çıxanda – Millətlər Liqasında mübarizəyə başlayanda qarşımıza qrupda birinci yer tutmaq məqsədi qoymuşduq. Hazırda da komandanın strategiyası, baxışı bu istiqamətdədir. Növbəti iki oyundan 6 xal qazanmaq arzusundayıq".

Qol.az xəbər verir ki, bu sözləri "Report"a açıqlamasında AFFA-nın baş katibi Elxan Məmmədov deyib. UEFA Millətlər Liqasının 5-ci turun bu gün Farer adaları yığması ilə qarşılaşacaq millimizin şanslarını dəyərləndirən E. Məmmədov qrup birincisi olmağın minimum tələb olduğunu bildirib:

"Komanda üzvləri də bunu yaxşı başa düşürlər. Təbii ki, qrupda birinci yeri tutmaqla iş bitmir, hələ pley-off oyunları da var. Qrup birincisi olmaq minimum tələbdi. Artıq risk etmək olmaz. Əvvəlki matçlarda bunu etdik. Komanda məsuliyyəti anlayır. Ən önəmlisi həm Farer adaları, həm də 3 gün sonra Kosovo ilə səfər görüşündə qalib gəlməkdir. Bizi hesab yox, nəticə - 6 xal maraqlandırır".

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Farer adaları qarşılaşması saat 21:00-da başlayacaq.

Daha çox


Son xəbərlər