"Heç vaxt söz vermirəm ki, qol vuracam" - Rüfət Dadaşov

"Heç vaxt söz vermirəm ki, qol vuracam" - <b style="color:red">Rüfət Dadaşov</b>
MÜSAHİBƏ 16 Noyabr 2018 / 19:14 3550
-  A +

“Oyunla bağlı çox danışmaq lazım deyil. Sabahkı matçın necə vacib olduğunu bilirik.Əlimizdən gələni edəcəyik ki, həm yaxşı oynayaq, həm də uğurlu nəticə qazanaq”.

Qol.az-ın məlumatına görə,Azərbaycan millisinin futbolçusu Rüfət Dadaşov UEFA Millətlər Liqasının qrup mərhələsinin 5-ci turunda Farer adaları ilə oyun öncəsi keçirilən mətbuat konfransında deyib. Daha sonra o, jurnalistlərin suallarını cavablandırıb.

- Farer adaları daha çox standart vəziyyətlərə üstünlük verir. Bunun sizin üçün bir fərqi varmı?

- Bütün diqqətimiz öz oyunumuzdadır. Bizdə də standart vəziyyətdən yaxşı yararlanan futbolçular var, başla oynaya bilirik. Rəqibin başla oynamaq gücündən çəkinmirik. Bundan çəkinmirik və hazırıq.

- Almaniyadan gələndə qarşıdakı iki oyunda qol vuracağınıza dair kiməsə söz vermisinizmi?

- Heç vaxt heç kimə söz vermirəm ki, qol vuracam. Qol vurmaq mənim işimdir. Amma sabah kimin qol vurmağı vacib deyil. Əsas odur ki, qələbə qazanaq və Kosovo ilə matça daha yaxşı motivasiya ilə çıxaq.

 

Daha çox


Son xəbərlər
18.12.18  18:27

Zidandan rədd cavabı

18.12.18  01:57

"Latsio" uduzdu