“Azərbaycana qol vurmaq istəyirəm” - Farerli hücumçu

“Azərbaycana qol vurmaq istəyirəm” - <b style="color:red"> Farerli hücumçu</b>
ÖLKƏ FUTBOLU 16 Noyabr 2018 / 13:08 1325
-  A +

"Bakıya qələbə üçün gəlmişik. Başqa yolumuzun olmadığını bilirik”.

Qol.az-ın xəbərinə görə, bu sözləri Farer adaları yığmasının hücumçusu Yakub Tomsen Millətlər Liqasının 5-ci turunda millimizlə keçiriləcək oyun haqda danışarkən deyib.

Ölkəsinin mətbuatna açıqlama verən 21 yaşlı futbolçu sabahkı görüşdə qol vurmaq istədiyini bildirib: “Qrup birinciliyimizi qorumaq istəyiriksə, mütləq qalib gəlməliyik. Bakıda qol vuraraq, komandama kömək etmək istəyirəm. Əgər baş məşqçi şans versə, bundan maksimum yararlanmağa çalışacam”.

Xatırladaq ki, sabah Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşma saat 21:00-da başlayacaq.
 

Daha çox


Son xəbərlər
18.12.18  18:27

Zidandan rədd cavabı

18.12.18  01:57

"Latsio" uduzdu