"Millətlər Liqası dərhal ləğv olunmalıdır" - Berti Foqts

"Millətlər Liqası dərhal ləğv olunmalıdır" -  Berti Foqts
ÖLKƏ FUTBOLU 16 Noyabr 2018 / 11:24 4636
-  A +

"UEFA Millətlər Liqası dərhal ləğv olunmalıdır. Bu turnirin oyunlarına hazırlıq zamanı baş məşqçilər müəyyən sınaqlar edir. Bunun üçün vaxt sərf olunur. Almaniya yığmasının baş məşqçisi Yoahim Löv da hazırda bunun üçün çalışır".

Qol.az-ın xəbərinə görə, bu sözlər millimizin sabiq baş məşqçisi Berti Foqtsa məxsusdur.

Almaniyalı mütəxəssis t-online.de saytındakı köşə yazısında UEFA Millətlər Liqasının əhəmiyyətsiz turnir olduğunu qeyd edib:

Almaniya millisi A qrupunda 3 oyundan  sonra 1 xalla 3 komandalı qrupun sonuncusudur. Bundestimin qrup sonuncusu kimi B liqasına düşmək ehtimalı var. Berti Foqts isə sabiq komandasının aşağı liqada oynamasının daha müsbət nəticə verə biləcəyini bildirib: "Bu, üstünlük ola bilər. Çünki növbəti Millətlər Liqasında zəif komandalara qarşı oynayacaq və 2022-ci il dünya çempionatına daha az təzyiq altında hazırlaşacağıq".

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı