"Zirə" və "Səbail"in legionerləri millidə qələbəyə sevindi

"Zirə" və "Səbail"in legionerləri millidə qələbəyə sevindi
XƏBƏR 16 Noyabr 2018 / 10:00 1292
-  A +

"Zirə”nin hücumçusu Aleksandr Dedov  və "Səbail”in yarımmüdafiəçisi Yevgeni Koçuk Moldova millisində növbəti oyunlarını keçirib.

Qol.az-ın xəbərinə görə, futbolçular Moldova yığmasının Millətlər Liqasının 5-ci turunda  San-Marino üzərində qələbəsində pay sahibi olub.

Yevgeni Koçuk 1:0 hesabı ilə başa çatan görüşdə 60 dəqiqə meydanda olub. “Zirə”nin legioneri isə 66-cı dəqiqədə meydana daxil olub. Komandasının 78-ci dəqiqədə vurduğu yeganə qol zamanı məhsuldar ötürmə də məhz Dedov edib.

Qeyd edək ki, ikinci qələbəsini qazanan Moldova xal hesabını 8-ə çatdırıb və 3-cü pillədə qərarlaşıb.

 

Daha çox

14.12.18

Son xəbərlər
14.12.18  22:33

Roys birinci oldu

14.12.18  21:05

Yalquzaq

14.12.18  13:52

"Dəli"nin 28-ci klubu

14.12.18  01:11

14 tur, 18 futbolçu