UEFA-nın rəsmi tərəfdaşları Bakıda

UEFA-nın rəsmi tərəfdaşları Bakıda
ÖLKƏ FUTBOLU 16 Noyabr 2018 / 09:50 856
-  A +

2019-cu il mayın 29-da Bakıda keçiriləcək UEFA Avropa Liqası turnirinin final oyunu ilə əlaqədar müxtəlif fəaliyyət sahələri üzrə nümayəndə heyətlərinin paytaxtımıza mütəmadi səfərləri davam edir.

Qol.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, final qarşılaşmasında UEFA ilə rəsmi tərəfdaş olan şirkətlərin təmsilçilərinin noyabrın 14-də və 15-də oyunun keçiriləcəyi Bakı Olimpiya Stadionu, həmçinin final matçı ilə bağlı təşkil olunacaq müxtəlif tədbirlərin məkanları ilə tanışlıq məqsədilə paytaxtımıza səfərdə olublar.

Səfər çərçivəsində Bakı Olimpiya Stadionunda keçirilən tədbirdə UEFA Avropa Liqasının layihə meneceri Andreas Schar, AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev, Marketinq və Sponsorluq Şöbəsinin müdiri Tural Piriyev çıxış ediblər. Sonra tədbir iştirakçıları BOS-un ərazisinə tanışlıq xarakterli baxış keçiriblər.

Səfərin ikinci günü AFFA-nın baş katibi Elxan Məmmədovun iştirakı ilə nümayəndə heyəti final oyununun təşkilati işləri çərçivəsində keçiriləcək müxtəlif tədbirlərin məkanları ilə tanış olublar. Sonda xatirə şəkli çəkdirilib.

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı