Millimizin rəqiblərinin oyununda 7:0

Millimizin rəqiblərinin oyununda 7:0
XƏBƏR 15 Noyabr 2018 / 01:00 2391
-  A +

19 yaşadək futbolçulardan ibarət Avropa çempionatının seçmə mərhələsində millimizin yer aldığı 1-ci qrupda ilk tura yekun vurulub.

Qol.az-ın xəbərinə görə, Tiflisdə Mixail Mesxi adına stadionda keçirilən  qrupun digər oyununda meydan sahibi Gürcüstan yığması Lixtenşteynlə qarşılaşıb və 7:0 hesabı ilə qalib gəlib.

Xatırladaq ki, qrupun ilk görüşündə Azərbaycan yığması İsrailə böyük hesabla uduzmuşdu - 1:4.

Qeyd edək ki, noyabrın 17-də seçmə mərhələnin 2-ci turunda Azərbaycan yığması Gürcüstanla, İsrail isə Lixtenşteynlə üz-üzə gələcək.


Son xəbərlər