Millimiz Ukraynaya uduzdu

Millimiz Ukraynaya uduzdu
ÖLKƏ FUTBOLU 15 Noyabr 2018 / 21:55 5493
-  A +

21 yaşadək futbolçulardan ibarət milli komandamız bu gün növbəti oyununu keçirib.

Qol.az xəbər verir ki, Rəşad Sadıqovun komandası Ukraynanın U-20 millisi ilə qarşılaşıb. Yığmamız 0:1 hesabı ilə uduzub.

Ukraynalılar üç ay əvvəl U-19-un heyətində Avropa çempionatının bürünc mükafatını qazanıb. Qitə çempionatının yarımfinalçısı kimi dünya çempionatının final mərhələsinə vəsiqə qazanan Aleksandr Petrakovun komandası mundiala hazırlıq çərçivəsində ilk oyununu yığmamıza qarşı keçirib.

Qeyd edək ki, millimiz növbəti yoxlama oyununu noyabrın 19-da səfərdə Bosniya və Herseqovinaya qarşı keçirəcək.

15 noyabr

Yoldaşlıq oyunu

20:00. Azərbaycan U-21 – Ukrayna U-20 - 0:1 
Qol:
Musolitin, 80
“Dalğa Arena”

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı