"Bu titul mənim üçün qürurvericidir" - Maksim Medvedev

"Bu titul mənim üçün qürurvericidir" -  Maksim Medvedev
ÖLKƏ FUTBOLU 14 Noyabr 2018 / 17:35 3225
-  A +

“Özümə də xoşdur ki, “Qarabağ” tarixində ölkə çempionatlarında ən çox oyun keçirmək rekordu mənə məxsusdur. Çalışacam ki, bu rəqəmi daha da yüksəldim və klubda çox oyunum olsun".

Qol.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın futbolçusu Maksim Medvedev klubun rəsmi saytına açıqlamasında deyib.

Millimizin də üzvü olan təcrübəli müdafiəçi Ağdam klubunun heyətində ölkə çempionatlarında ən çox oyun keçirən futbolçu olduğu üçün qürur duyduğunu bildirib:

"Hələ qarşıda bir neçə ilim var. 269-un daha böyük rəqəm olması üçün əlimdən gələni edəcəm. Düzdür, bu qədər oyun keçirmək çox çətindir, çox əziyyət çəkdim. “Qarabağ” kimi klubun ölkə çempionatlarında ən çox oynayan futbolçusu titulu mənim üçün qürurvericidir. Hədəfim ümumilikdə ən çox oynayan futbolçu adına yiyələnmək və bu klubla daha böyük zəfərlər qazanmaqdır”.

Qeyd edək ki, M.Medvedev sözügedən rekordu Topaz Premyer Premyer Liqanın 11-ci turunda "Qəbələ" ilə keçirilən oyunda yeniləyib. O, Aslan Kərimovun rekordunu qırıb.

Daha çox


Son xəbərlər