"Real"da daha bir itki - 1 ay oynamayacaq

"Real"da daha bir itki -  1 ay oynamayacaq
DÜNYA FUTBOLU 14 Noyabr 2018 / 16:40 2188
-  A +

"Real"ın daha bir futbolçusu zədələnib.

Qol.az-ın "Marca"ya istinadən yaydığı xəbərə görə, komandanın müdafiəçisi Serxio Reqilon sıradan çıxıb.

La Liqanın 12-ci turunda “Selta” ilə matçda zədələnən futbolçunun  1 ay meydana çıxa bilməyəcəyi məlum olub.

O, “Real”ın Çempionlar Liqasında “Roma”, İspaniya kubokunda “Melilla”, La Liqada “Eybar”, “Valensiya” və “Hueska” ilə qarşılaşacağı oyunlarda iştirak edə bilməyəcək.

Qeyd edək ki, Madrid klubunda Rafael Varan, Xesus Valyexo və Naço Fernandes də zədədən əziyyət çəkir.

Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı