Ranyeri yenidən Premyer Liqada - rəsmi

Ranyeri yenidən Premyer Liqada -  rəsmi
DÜNYA FUTBOLU 14 Noyabr 2018 / 14:40 3802
-  A +

İngiltərənin “Fulhem” klubu  baş məşqçisi Slavişa Yokanoviçlə yollarını ayırıb.

Qol.az-ın Premyer Liqa klubunun rəsmi saytına istinadən yaydığı xəbərə görə, buna səbəb komandanın uğursuz çıxışları olub. 50 yaşlı çalışdırıcının yerinə bu vəzifəyə Klaudio Ranyeri gətirilib. Müqavilənin müddətdi haqda məlumat verilməyib.

Qeyd edək ki, “Yuventus”, “İnter”, “Çelsi” və “Atletiko” kimi klublarda çalışan 67 yaşlı mütəxəsis son olaraq Fransanın “Nants” klubunda işləyib. O, 2015-2016 mövsümündə "Lester"i Premyer Liqanın qalibi edib.


Son xəbərlər