Zidan "Bavariya"nı çalışdıra bilər

Zidan "Bavariya"nı çalışdıra bilər
DÜNYA FUTBOLU 14 Noyabr 2018 / 13:01 3109
-  A +

"Real"ın sabiq baş məşqçisi Zinnədin Zidan "Bavariya"nı çalışdıra bilər.

Qol.az-ın Almaniya mətbuatına istinadən yaydığı xəbərə görə, Bundesliqanın 11-ci turunda səfərdə lider "Borussiya"ya məğlub olan (2:3) komanda baş məşqçisi Niko Kovaçla yolları ayırmaq qərarına gəlib.

"Bavariya" rəhbərliyinin əsas namizədi isə Zidandır. Artıq onunla danışıqlara başlandığı və ilkin razılıq əldə olunduğu iddia edilir.

Qeyd edək ki, Münhen klubu  Niko Kovaçın rəhbərliyi altında 11 turdan sonra 20 xalla 5-ci pillədə qərarlaşıb.

Son xəbərlər