AFFA rəsmiləri millinin oyununda

AFFA rəsmiləri millinin oyununda
XƏBƏR 14 Noyabr 2018 / 11:51 1571
-  A +

AFFA-nın birinci vitse-prezidenti Rauf Əliyev və baş katib Elxan Məmmədov  19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının oyununu izləyəcək.

Qol.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, onlar komandamızın Avropa çempionatının ilkin seçmə mərhələsində bu gün İsraillə ilk oyununa baxmaq üçün  Gürcüstanda səfərdədirlər.

Qeyd edək ki, Tiflis şəhərindəki Mixail Mesxi adına stadionda keçiriləcək görüş Bakı vaxtı ilə 14:00-da başlayacaq.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki