"Məqsədimiz altı xal qazanmaqdır" - Kosovo millisinin futbolçusu

"Məqsədimiz altı xal qazanmaqdır" - Kosovo millisinin futbolçusu
XƏBƏR 14 Noyabr 2018 / 11:37 1469
-  A +

“Əvvəl federasiyadan çağırdılar. Onlara millidə oynamağa  hazır olduğumu bildirdim. Burda çox gözəl qarşılandım. Kosovo millisinin heyətində yer aldığım üçün xoşbəxtəm.

Qol.az-ın məlumatına görə, bu sözləri Kosovo millisinin futbolçusu Şkelqim Demhasay deyib.

Kosovo Futbol Federasiyasının saytına danışan 22 yaşlı hücumçu  UEFA Millətlər Liqasının son iki turunda Malta və Azərbaycanla matçlarda 6 qazanmağa çalışacaqlarını bildirib:
 
"İndi üzərimizə düşən qarşıdakı oyunlara yaxşı hazırlaşmaqdır. Kimin oynayıb-oynamayacağı önəmli deyil. Məqsədimiz altı xal qazanmaqdır. Əgər mənə şans verilsə, maksimum gücümü ortaya qoyacam. Kosovonun bütün matçlarını izləmişəm. Futbolçular çox yaxşı oynayırlar".


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord