"Lopeteqiyə haqsızlıq edildi" - "Real"ın futbolçusu

"Lopeteqiyə haqsızlıq edildi" - "Real"ın futbolçusu
DÜNYA FUTBOLU 14 Noyabr 2018 / 11:15 3241
-  A +

"Real"ın futbolçusu Marko Asensio istefaya göndərilən sabiq baş məşqçisi Xulen Lopeteqi haqda danışıb.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, 22 yaşlı yarımmüdafiəçi Lopeteqiyə haqsız edildiyini söyləyib:

"Hər şey qaydasında olanda, hamı dünyanın ən yaxşısı olduğunu deyər. Vəziyyət pisləşən də isə ən pis olursunuz. Təndiqlərin böyük bir hissəsi doğrudur, amma jurnalistlərin necə işlədiyini yaxşı bilirik. Lopeteqiyə haqsızlıq etdi. Vacib anlarda uğurlu nəticə əldə edə bilmədik. Bütün məsələ şanssızlıqdan irəli gəlir. Nə deyəcəyimi bilmirəm, çox qarışıq bir məsələdir. O, "Real"da uğurlu olmaq üçün yetərincə şansa sahib deyildi".


Qeyd edək ki, X.Lopeteqi oktyabrın  30-u istefaya göndərilib. Yeni baş məşqçi vəzifəsinə Santyaqo Solari təyin edilb.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı