Solari "Real"ın baş məşqçisi oldu - rəsmi

Solari "Real"ın baş məşqçisi oldu - rəsmi
DÜNYA FUTBOLU 14 Noyabr 2018 / 00:08 3273
-  A +

"Real" yeni çalışdırıcısının adını açıqlayıb.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Xulen Lopeteqinin istefaya göndərilməsindən sonra müvəqqəti olaraq komandaya rəhbərlik edən Santyaqo Solarinin baş məşqçi vəzifəsinə təyinatı rəsmiləşib. Gənc mütəxəssislə 2021-ci ilin yayına qədər müqavilə imzalanıb.

Qeyd edək ki, "Real" buna qədər Solarinin başçılığı altında 4 oyun keçirib və hər birində qələbə qazanıb.

Son xəbərlər