Özil həftəyə bir milyon qazanmaqdan imtina edib

Özil həftəyə  bir milyon qazanmaqdan imtina edib
DÜNYA FUTBOLU 13 Noyabr 2018 / 22:35 5418
-  A +

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Arsenal"ın futbolçusu Məsut Özil yüksək məbləğdə təklifi rədd edib.

Qol.az-ın Britaniya mətbuatına  istinadən yaydığı xəbərə görə, bu barədə oyunçunun meneceri Erkut Sögüt məlumat verib. O deyib ki, türkəsilli alman yarımmüdafiəçi Asiya klublarının birində həftəsinə 1 milyon funt sterlinq qazanacağı təklifi müsbət cavablandırmayıb:

"Çünki  Məsut üçün  vacib olan pul deyil. Düzdür, pul önəmlidir, amma futbol bacarıqları ilə xatırlanmağı daha hörmətə layiqdir. Məsut  Premyer Liqa oyunçuları arasında sosial şəbəkələrdə ən çox izlənilən şəxsdir.  Klubda ən çox onun forması satılır. O, "Arsenal"ı öz evi hesab edir".

Qeyd edək ki,ötən mövsüm London klubu ilə müqaviləsinin müddətini uzadan Özil həftəsinə 350 min funt sterlinq qazanır.


Son xəbərlər