Almeyda və Dadaşov da milliyə qoşuldu

Almeyda və Dadaşov da milliyə qoşuldu
ÖLKƏ FUTBOLU 13 Noyabr 2018 / 17:23 3004
-  A +

UEFA Millətlər Liqasının qrup mərhələsində Farer adaları və Kosovo ilə oyunlara hazırlaşan millimiz məşqlərini tam heyətlə davam etdirir.

Yığmanın mətbuat xidmətinin rəhbəri Elman Himayətoğlunun Qol.az-a verdiyi məlumata görə, son olaraq Riçard Almeyda və Rüfət Dadaşov da komandaya qoşulub.

“Astana”da çıxış edən braziliyalı dünən axşam, “Proysen”in formasını geyinən Rüfət isə bu gün səhər saatlarında Bakıya gəlib. Hər iki futbolçu millinin axşamkı məşqində iştirak edəcək.

Qeyd edək ki, noyabrın 17-də Bakıda Farer adalarını qəbul edəcək millimiz 3 gün sonra Kosovonun qonağı olacaq. Ev oyunu 21:00-da, səfər matçı isə Bakı vaxtı ilə 23:45-də başlayacaq.

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı