Vəli Qasımov üçün yoldaşlıq oyunu

Vəli Qasımov üçün yoldaşlıq oyunu
ÖLKƏ FUTBOLU 13 Noyabr 2018 / 16:10 2948
-  A +

Azərbaycan futbolunun istedadlı nümayəndələrindən biri, zəngin futbolçu karyerasına malik, Ukrayna, Rusiya, İspaniya və Portuqaliyada uğurlu legioner karyerasına malik olmuş, 1992-ci il Rusiya çempionatının bombardiri Vəli Qasımovun 50 illik yubileyinə həsr olunmuş yoldaşlıq oyunu keçiriləcək.

Qol.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, yoldaşlıq oyununda Azərbaycan futbol veteranları vaxtilə Vəli Qasımovla müxtəlif ölkələrdə və klublarda çiyin-çiyinə çıxış etmiş əcnəbi veteran futbolçularla üz-üzə gələcək.

Yerli veteranlar komandasının baş məşqçisi Kazbek Tuayev, əcnəbilərdən ibarət komandanın çalışdırıcısı isə Valeri Qazzayev olacaq. Qarşılaşma noyabrın 15-də, saat 17:00-da Bayıl stadionunda keçiriləcək.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord