Solari "Real"ın tarixinə düşdü

Solari "Real"ın tarixinə düşdü
DÜNYA FUTBOLU 13 Noyabr 2018 / 14:14 4086
-  A +

"Real"da baş məşqçi vəzifəsini müvəqqəti icra edəm Santyaqo Solari Madrid klubunun tarixinə düşüb.

Qol.az-ın xəbərinə görə, komanda argentinalı mütəxəssisin rəhbərliyi altında keçirdiyi ilk 4 qarşılaşmada qalib gəlib. Top fərqində də göstərici əladır - 15:2.

Bu, 116 yaşlı klubun tarixində ən yaxşı göstəricidir. Düzdür, indiyədək 5 məşqçi debütdə ardıcıl 4 oyunda qələbə qazanıb, ancaq heç birində belə top fərqi olmayıb.

Qeyd edək ki, indiyədək heç bir klubu çalışdırmayan Solarinin "Real"da baş məşqçi qalacağı iddia olunur.

Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı