Fasilədə aş yedi, komandadan qovuldu - "Beşiktaş"da maraqlı olay

Fasilədə aş yedi, komandadan qovuldu -  "Beşiktaş"da maraqlı olay
DÜNYA FUTBOLU 13 Noyabr 2018 / 12:22 5655
-  A +

“Beşiktaş”ın futbolçusu Tolqay Arslan heyətdən kənarlaşdırılıb.

Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, məsələnin maraqlı səbəbi var.

28 yaşlı yarımmüdafiəçi Superliqanın 12-ci turunda “Başakşəhər”lə ilk hissəsi 0:1 geridə olduqları matçın fasiləsində paltardəyişmə otağında aş yeyib.



Futbolçunun oyundan sonra yemək üçün komandaya gətirilən aşı matçın fasiləsində yediyini görən baş məşqçi Şenol Günəş özündən çıxıb və ona sərt şəkildə irad bildirib. Tolqay isə baş məşqçisinə onsuz da, onu meydana buraxmadığını, daima ehtiyatda saxladığını xatırladıb. Nəticədə Ş.Günəş futbolçunu heyətdən kənarlaşdırılıb.

Qeyd edək ki, T. Arslan bu mövsüm “qara-qartallar”ın heyətində ümumilikdə çıxdığı 16 oyunda 1 qol vurub.

Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord