İsveçdə ilin ən yaxşı futbolçusu – İbrahimoviç deyil

İsveçdə ilin ən yaxşı futbolçusu –  İbrahimoviç deyil
DÜNYA FUTBOLU 13 Noyabr 2018 / 11:42 2344
-  A +

İsveçdə ilin ən yaxşıları məlum olub.

Qol.az-ın sözügedən ölkənin mətbuatına istinadən yaydığı xəbərə görə, “Mançester Yunayted”in futbolçusu Viktor Lindelöf ilin ən yaxşı futbolçusu seçilib.

“Los-Anceles Qalaksi”də çıxış edən Zlatan İbrahimoviç ən yaxşı hücumçu, “Roma”nın qolkiperi Robin Olsen ən yaxşı qapıçı, “Helsinqborqs”un futbolçusu Andreas Qranqvist isə ilin ən yaxşı müdafiəçisi adına layiq görülüb.

Qeyd edək ki, Z. İbrahimoviç daha əvvəl 11 dəfə ilin ən yaxşı futbolçusu seçilmişdi.

 


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord