Farer adaları Bakıya itki ilə gəlir

Farer adaları Bakıya itki ilə gəlir
ÖLKƏ FUTBOLU 13 Noyabr 2018 / 10:45 2039
-  A +

Millətlər Liqasının 5-ci turunda yığmamızın qonağı olacaq Farer adaları millisi itkiylə üzləşib.

Qol.az-ın xarici Farer adaları Futbol Federasiyasının saytına istinadən yaydığı xəbərə görə, komanda Almaniya II Bundesliqasının "Arminiya" klubunda çıxış edən 27 yaşlı hücumçu Yohan Suymun Edmundssonun xidmətindən məhrub olub. O, çempionatda "İnqolştadt"la matçda dizindən zədələnib.

Yığmanın baş məşqçisi Lars Olsen Edmundssonun əvəzinə düşərgəyə "B36 Torshavn"ın 21 yaşlı forvardı Maynhard Egilsson Olseni çağırıb.

Qeyd edək ki, noyabrın 17-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Farer adaları oyunu saat 21:00-da başlayacaq.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı